İstirahət günlərinin hava proqnozu
22:02 29 İyun 2018
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu dağətəyi rayonlarda 34-39, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında anomal isti, günəşli hava şəraiti olacaq. Havanın maksimal temperaturu 37-41, bəzi yerlərdə 43 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 37-42 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, anomal isti, günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 37-41 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Oxunub: 505
Oxşar xəbərlər
- İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb
- İstirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var
- İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin havası
- İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
- İstirahət günlərində gözlənilən hava proqnozu
- İstirahət günləri üçün hava proqnozu
- İstirahət günlərinin hava proqnozu açıqlanıb