Dənizdə batan 23 yaşlı oğlanın meyiti tapıldı


15:59     30 İyun 2018 balik_tutmak_icin_girdigi_suda_boguldu_h123249.jpg

İyunun 30-da dənizdə batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Qarayev Müşfiq Mübariz oğlunun axtarışları başa çatıb.



Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, M.Qarayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​

Femida.az

Açar sözlər:

Oxunub: 1351