Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb


16:32     02 İyul 2018 Baki%20beynelxalq%20avtovagzal_0.JPG

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.




Femida.az-ın məlumatına görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00-dır, avtobus təyinat məntəqəsinə - Batumi şəhərinə növbəti gün saat 9:00-da çatacaq.

Avtobusların Batumidən yola düşmə vaxtı isə 3,5,7-ci günlər saat 10:00-da olacaq. Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizini təşkil edir.

"Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər. Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə tövsiyə edirik ki, biletləri əvvəlcədən alsınlar. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya online qaydada əldə etmək olar", - deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər: #Bakı-Batumi   #avtobus  

Oxunub: 947