Qadın deputata yeni vəzifə verildi


19:34     02 İyul 2018 18_07_02_1530531306.jpg


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə yeni sədr müavini təyin olunub.

Nümayəndə heyətinin tərkibinə rotasiya qaydasında dəyişiklik edilib.

Belə ki, deputat Sevinc Fətəliyeva Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədrinin müavini Vüsal Hüseynov idi. O, ölkə başçısının imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Hazırda Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir:

Səməd Seyidov (sədr), Sevinc Fətəliyeva (sədr müavini), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Elşad Həsənov, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Asim Mollazadə, Vüsal Hüseynov./modern.az

Femida.az

Açar sözlər:

Oxunub: 992