Rusiya İŞİD-i bombaladı


04:39     01 Oktyabr 2015 104e78671f0c39220fb8ef1eafd9721a.jpg


Rusiyaya məxsus hərbi təyyarələr İŞİD terror qruplaşmasının Suriydakı mövqelərinə hava zərbələri endirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 20 uçuş nəticəsində 8 obyektə nöqtə zərbəsi endirilib.

Rusiya müdafiə nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 30-da Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.

Açar sözlər:

Oxunub: 764