Bakıda sürücü sərxoş piyadanı vuraraq öldürdü
14:25 03 İyul 2018
Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az report-a istinadən xəbər verir ki, "DSK" yolu ilə hərəkətdə olan və sürücü Abbasov Əli Əhəd oğlunun idarə etdiyi "10-GT-787" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qarşısına çıxan təxminən 40-45 yaşlı kişini vurub.
Sürücü dərhal yaralını xəstəxanaya çatdırıb. Lakin həkimlər onun yolda öldüyünü bildiriblər.
Sürücünün verdiyi məlumata görə, piyada sərxoş olub və qaranlıq yolda onun qarşısına qəfil çıxıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 580
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb