İranda 50 azərbaycanlı fəal saxlanıldı


22:33     06 İyul 2018 18_07_06_1530879278.jpg

Güney Azərbaycan şəhərlərində Babək qalası yürüşü ərəfəsində bu günə kimi 50 azərbaycanlı milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Saxlanılan fəallardan 14-nün kimliyi müəyyənləşib, digərlərinin isə harada saxlandığı məlum deyil.

ETTELAAT və digər təhlükəsizlik orqanları tərəfindən yürüşə qatılmaması üçün 22 fəala ciddi xəbərdarlıq edilib, onların da yaxın günlərdə saxlanılacağı güman edilir./axar.az

Femida.az

Açar sözlər: #İran   #fəal  

Oxunub: 461