1 telekanal, 3 qəzet bağlanıb
14:01 08 İyul 2018
Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qanun qüvvəsində qərarnamə ilə 1 telekanal, 3 qəzet və 12 dərnək bağlanıb.
Femida.az -ın "CCN Türk" telekanalına istinadən verdiyi məlumata görə, qərarnamayə əsasən "Avantaj TV" telekanalı, İstanbulda yayımlanan Xalqın nəbzi, Özgürlükçü demokrat və Diyarbəkirdə yayımlanan Welat qəzetləri bağlanıb.
Bağlanan dərnəklər isə Adıyamandakı FEM Dersxanası Məzunları ve Mənsubları Dərnəyi, Ankaradakı Furkan Elm və Xidmət Dərnəyi, Suffem Təlim və Yardımlaşma Dərnəyi, Anadolu Elm, Mədəniyyət və Yardımlaşma və Həmrəylik Dərnəyi, Kahramanmaraşdakı Furkan Təlim və Xidmət Dərnəyi, Özer Hüquq və Düşüncə Dərnəyi, Kahramanmaraş Beynəlxalq Tələbələr Dərnəyi, Kilisdəki Kilis İmam Hatip Mənsubları və Hafizləri Dərnəyi, Malatyadakı Ağ Lalələr Təlim və Sosial Yardımlaşma Dərnəyi, Furkan Təlim və Həmrəylik Dərnəyi, Samsundakı Samsun Özgürlükçü Gənclik Dərnəyi və Şanlıurfadakı Viranşehir Sənayeçi və İş Adamları Dərnəyidir.
Bağlanan telekanal, qəzet və dərnəklərə məxsus bütün daşınmaz və daşınar əmlak əvəzsiz olaraq dövlət tərəfindən müsadirə olunacaq.
Oxunub: 515
Oxşar xəbərlər
- 17 yaşlı oğlan bıçaqlanıb
- 15 il axtarışda olan qadın tutuldu
- 14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxs kimdir? – Gizli qəhrəman
- 16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
- 147 abituriyent buraxılış imtaanlarından azad edilib
- 11 yaşında ana olan qızın qardaşı da müəssisəyə yerləşdirilib
- 177 kilometr uça bilən elektrotəyyarə
- 19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO
- 17 kollecə publik hüquqi şəxs statusu verilir
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam