Novxanıda ölüm


13:20     09 İyul 2018 piyada5.jpg

Abşeron rayonunun Novxanı qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Cəfərov Rasim Bulud oğlu yolu keçərkən sürətlə hərəkətdə olan "Moskviç" markalı minik avtomobili onu vurub. Piyada elə hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 562