Həbsdə olan atasına telefon gətirdi
20:00 10 İyul 2018
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hətəmov Elşən Qabil oğlunun yanına uzunmüddətli görüşə gəlmiş oğlu Cəlilabad rayon sakini Hətəmov Elvin Elşən oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman gətirdiyi əşyaların içərisində sellofan kisədə kiçik xalçaya bükülərək gizlədilmiş 1 ədəd qara rəngli "General Mobile" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Toplanmış sənədlər və maddi sübut Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 323
Oxşar xəbərlər
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub
- Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb
- Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb
- Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilib, əmlakının üzərindən həbs götürülüb
- Həbsdə olan Rasim Məmmədov məhkəməyə müraciət edib
- Həbsdə olan sabiq icra başçısı kassasiya şikayəti verib
- Həbsdə olan partiya sədrinin apellyasiya şikayəti icraata verilib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək
- Həbsdə olan partiya sədri apellyasiya şikayəti verib
- Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək