Direktorlarla bağlı mühüm dəyişiklik - Rəsmi


21:12     13 İyul 2018 18_07_13_1531487672.jpg

Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər.

Femida.az AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil TV-nin "Həftənin sualı" verlişində Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə səsləndirib. Onun sözlərinə görə, gələn tədris ilindən etibarən direktorlar dərs deyə biləcəklər:

"Növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı hallarda dərs saatlarının sayı artırıla bilər. Lakin 0,5 ştat vəzifə maaşı alanlara 18 saata qədər dərs verilə bilər"

Murad Camalzadə direktorların işə qəbul imtahanlarının tarixi barədə sualları cavablandırarkən qeyd edib ki, müsabiqənin dəqiq tarixini öncədən söyləmək mümkün deyil.

Qeyd edək ki direktorlar və onların müavinləri, həmçinin təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə məlumatlar gündəm mövzusuna çevrilən məsələlərdən biridir.

Femida.az

Açar sözlər: #müəllim   #direktor   #təhsil  

Oxunub: 1284