Valideyn himayəsindən məhrum 243 gəncə ev verildi
22:39 13 İyul 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin sakinlərinin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə növbəti peşə hazırlığı kursu təşkil olunub.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən xalçaçılıq peşəsi üzrə təşkil olunan kursa “Məzun evi”ndən 23 nəfər gənc cəlb olunub. Onlardan 22 nəfəri qadındır.
Təcrübəli müəllimlər tərəfindən aparılan və iki ay davam edəcək kursun yekununda gənclər peşə hazırlığı zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək üçün kurs işi olaraq hazırladıqları əl işlərini təqdim edəcəklər. Kursu uğurla başa vuran gənclərə peşə sertifikatları veriləcək və onların həmin peşə üzrə məşğulluğu təmin olunacaq.
“Məzun evi”ndə yaşayan gənclərin artıq əksər qisminin elə müəssisənin özündəki ştat vahidlərində və ətraf ərazidəki müəssisələrdə daimi işlə təminatı həyata keçirilib. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb olunub. Onlara şirniyyat və un məmulatlarının istehsalı üzrə öz kiçik ailə təsərrüfatlarını qurmaları üçün proqram çərçivəsində mal və materiallar veriləcək.
İki yaşayış binasından ibarət müəssisədə dövlət uşaq müəssisələrinin məzunları olan, valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin edilib.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Mingəçevir evdə qadın meyiti tapılıb
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- “Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki?”
- Bakıda usta işlədiyi evdə intihar etdi
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb