Ölkədə muzdla işləyənlərin sayı artıb
13:15 16 İyul 2018
İyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1545,4 min nəfərə çatıb. Onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7,0 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 541,0 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Femida.az
Oxunub: 484
Oxşar xəbərlər
- Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
- Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb
- Ermənistanın hakimiyyət qurumlarının statistika oyunları
- Dünyada koronavirusla bağlı son statistika
- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb
- Azərbaycanda yoluxma ilə bağlı yeni statistika
- Ölkə üzrə COVID-19-a yoluxma statistikası
- COVİD statistikası: Azərbaycanda 42 nəfər ölüb
- Bu gün Azərbaycanda koronavirusdan ölən olmadı - STATİSTİKA
- 20 günün qəza statistikası: 43 ölü, 16 yaralı