Qaxda iki nəfəri it dişləyib


03:09     19 İyul 2018 it_dislemesi_455.jpg

Qaxda iki nəfəri it dişləyib.

Femida.az-ın məlumatına görə, bu gün axşam saatlarında rayonun Turaclı kənd sakini, 1964-cü il təvəllüdlü Tofiq Nadir oğlu Nadirov və rayonun Üzümlü kənd sakini 1954-cü il təvəllüdlü Gülarə Hidayət qızı Ağamiyeva it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan bildirlib ki, müayinə zamanı Tofiq Nadirovun sağ ayağının baldır, Gülarə Ağamiyevanın isə hər iki əlini it dişlədiyi məlum olub. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 406