8 əcnəbi saxlanıldı - Saxta sənədə görə (FOTOLAR)
15:46 19 İyul 2018
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
DSX-dan Femida.az-a verilən məlumata görə, 11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Mubarak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanmış, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.
14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.
14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətəndaşı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kurbanoviçin, 1989-cu il təvəllüdlü Özbəkistan vətəndaşı Karimov Ataybek Mirzaibrahimoviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Snizhana Aleksandrovnanın pasportları şübhə doğurmuş, laborator müayinə nəticəsində pasportların saxtalaşdırlması müəyyən olunub.
17 iyul tarixində Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə dourmuş və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
Femida.az
Oxunub: 1410
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM