Dənizdə batan gəncin meyiti tapılıb


16:21     19 İyul 2018 m_deniz-bisikletinden-dusen-genc-boguldu.jpg

Xəzər dənizində batan 25 yaşlı gəncin meyiti tapılıb.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dünən Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatmışdır. F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 680