Federasiya iddiaları təkzib etdi


19:36     19 İyul 2018 2018/07/7_3063999916.jpg


17 iyulda saytımızda gedən "Bakıdakı beynəlxalq turnirdə saxtakarlıq - Hollandiyalı Braziliya adından çıxış etdi" başlıqlı yazı ilə bağlı olaraq Azərbaycan Futnet federasiyası təkzib açıqlaması yayımlayıb. Bu barədə Femida.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib. Təkzib açıqlamasını təqdim edirik:

“Federasiyamız ötən ilin martında yaradılıb. İlyarım ərzində 3 daxili çempionat və 3 beynalxalq turnir keçirmişik. 14-15 iyul 2018-ci il tarixdə “Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyimiz Baku World Open International Footvolley tournament bizim işimizin ən yüksək göstəricisi idi.Təmsil olunmuş 8 ölkə, canlı teleyayım (İdman Azərbaycan kanalı), möhtəşəm açılış və bağlanış mərasimi və s. tamaşaçılar tərəfindən bəyənildi.

Bizi üzən isə bəzi media qurumlarında federasiyamız və onun təşkil etdiyi turnir barəsində qeyri-dəqiq fikirlər yazılması oldu. Beynalxalq qaydaları bilmədən və öyrənmədən, federasiyanın rəsmi rəyini soruşmadan qərəzli və birtərəfli yazının yazılması əlbəttə ki, tərəfimizdən cavabsız qala bilməzdi. Qərəzli məqamlara pillə pillə cavab veririk:

1.İddia olunur ki, Braziliya idmançısı turnirdə olmayıb. Bu ağ yalandır. Braziliyanı turnirdə Olimpiya və Dünya çempionu Anderson Aquinho təmsil edib.

2. İddia olunur ki, Pakistan ümumiyyətlə, ölkəmizə gəlməyib və onların əvəzinə turistlər oynayıb. Bu növbəti iftiradır, çünki Pakistan turnirdə 3 rəsmi şəxslə təmsil olunub. Mediada gedən fotolarda onların oyununu görə bilərsiniz.

3. İddia olunur ki, Braziliyanın heyətində hollandiyalı və Rusiyanın heyətində azərbaycanlı idmançılar oynayıb. Bəli, tamamilə doğrudur. Çünki bu beynalxalq qaydalara zidd deyil. Şou xarakterli, tanıtım üçün təşkil olunan turnirlərdə komandalar miks idmançılarla təmsil oluna bilərlər. Dünyanın hər yerində bu tipli turnirlərdə analoji komandalara rast gələ bilərsiniz. Burada heç bir saxtakarlıqdan söhbət gedə bilməz. Elə bizim yarışda Braziliyanı təmsil edən Kaspar Shlebusich əslən hollandiyalıdır. Turnir ərzində televiziya və saytlara verdiyi müsahibələrində bunu dəfələrlə dilə gətirib.

Qeyd edək ki, bu idman növündə 2 fərqli ölkənin idmançısı eyni komandada çıxış edə bilər. Bu halda forma üzərində 1 nömrə kimin əynindədirsə, demək komanda həmin şəxsin mənsub olduğu ölkəni təmsil edir. Bu idman növünün qaydaları ilə futbol qaydalarıbı səhv salmamaq lazımdır.


Andreaon Aquinyo (Braziliyalı futvoleyçi)


Pakistan komandası












Femida.az

Açar sözlər: #idman   #federasiya  

Oxunub: 855