İlham Əliyev Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb


23:59     19 İyul 2018 2018/07/FD4A264C-38D9-4DCA-84B0-C25EFDB8230E_1532016215.jpeg

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.

Femida.az-ın məlumatına görə, Tyerri de Montbrial Heydər Əliyev ilə Fransada və Azərbaycanda, prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 321