Qadın sürücü piyadanı vurdu - Yolda can verdi


15:27     21 İyul 2018 piyada%20qeza.jpg

Bakı şəhərində yolu keçən piyadanı maşın vuraraq öldürüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 20-də saat 01 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub. A.Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.


Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 518