UEFA-dan azərbaycanlı hakimə mühüm təyinat


16:11     22 İyul 2018 18_07_22_1532245428.jpg

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-2019 mövsümündə baş hakim kimi ilk təyinat alıb.

Femida.az-ın məlumatına görə, Ağayev Qazaxıstanın "Kayrat" və Hollandiyanın AZ komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar.

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da Almatıdakı Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Femida.az

Açar sözlər: İdman  

Oxunub: 649