Sərnişindaşıma xidmətlərinin qiymətləri ucuzlaşıb
22:55 22 İyul 2018
2018-ci ilin iyun ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri 1,5 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yükdaşıma xidmətlərinin qiymətləri 1,2 faiz bahalaşıb. Ay ərzində poçt və kuryer, rabitə xidmətlərinin qiymətlərində dəyişiklik müşahidə olunmayıb.
Femida.az
Oxunub: 691