Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi


01:39     23 İyul 2018 18_07_22_1532280814.jpg

Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi tamamilə başa çatıb.

Sputnik Armenia-nın xəbərinə görə, Bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

"Müasir silah idxal edilib. Rusiya ordusunun silahlanmasında belə bir şeyin olmaması istisna deyil", - deyə nazir bildirib.

Tonoyan həmçinin qeyd edib ki, Ermənistan-Rusiya dostluq münasibətləri bir çox müqavilələrlə güclənib. Lakin o, lazım gələrsə, bəzi müqavilələrin müddəalarına yenidən baxılmasını da istisna etməyib.

2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 547