Mingəçevirdə qaçırılan maşın Ağdaşda tapıldı


15:35     25 İyul 2018 1385015103_pul-ogrusu-masindan.jpg

İyulun 24-də saat 8 radələrində Mingəçevir şəhəri ərazisindən şəhər sakini Ruslan Hüseynovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.

DİN-dən Femida.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobilin Ağdaş rayonu ərazisində hərəkətdə olduğu müəyyən edilib. Görülmüş tədbirlərlə avtomobil həmin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxsin Yevlax rayon sakini Sərxan Əliyev olduğu müəyyən edilib. Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 354