Kəşmirdə 2 partizan öldürüldü


00:33     26 İyul 2018 2018/07/EAAFCD19-79AD-4A10-B4EC-E4D3FA532F87_1532535844.jpeg

Hindistanın Cammu Kəşmir bölgəsində hind əsgərləri 2 partizanı öldürüb.

Polis Anantnaqda əhatəyə altına alınan bir ərazidə evlərdə axtarış aparıldığı zaman əsgərlərlə partizanlar arasında qarşıdurma meydana gəldiyini bildirib.

Polis qarşıdurmada 2 partizanın öldüyünü qeyd edib.

Yerli əhali regionda mülki ətəndaşlara aid bir evin partlayıcılarla partladıldığını söyləyib.

Hadisədən sonra etirazların qarşısının alınması üçün küçəyə çıxma qadağası elan edilib, qadağaya riayət etməyən nümayişçilər Kəşmirin müxtəlif yerlərində aksiya keçirib.

Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 338