68 yaşlı kişi yanıq xəsarəti alıb


23:03     26 İyul 2018 qaynar%20su.jpg

Ağcabədi sakini yanıq xəsarəti alıb.

Femida.az-ın xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndində baş verib. Kənd sakini Elbrus Mehdiyev qaynar su ilə dolu vedrəni nərdivanla qaldırıb çəlləyə tökmək istəyərkən nərdivan qırılıb. Qaynar su E.Mehdiyevin üzərinə tökülüb. Yanıq xəsarətləri alan E. Mehdiyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 495