Lənkəranda məşhur obyektlər cərimləndi: "Delfin", "Meduza", "Su pərisi"...
13:49 31 İyul 2018
Xəzər dənizinin sahil zolağında növbəti reyd keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər davam etdirilir.
Reydlər zamanı Lənkəran rayonu Xəzər dənizi sahili zonasında fəaliyyət göstərən “Delfin” ictimai-iaşə obyektində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı, “Meduza”, “Su pərisi”, “Panarama”, “Məşədi”, “Gəl arada bir” ictimai iaşə obyektlərində isə əmələ gələn məişət tullantılarının qalaqlandığı və yandırıldığı müəyyən olunub.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə olunublar. Nöqsanların aradan qaldırılması üçün obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Reydlər davam etdirilir.
Femida.az
Oxunub: 1284
Oxşar xəbərlər
- Ekologiya və təbii sərvətlər naziri beynəlxalq ictimaiyyətə çağırış edib
- Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərini təltif edib - SİYAHI
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verilib
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Qarabağ üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsi təsis edilib
- İşğalçılar Qarabağda ekologiyaya ziyan vuran obyektlər inşa ediblər - RƏSMİ
- Sumqayıtda ekologiyanı pozan şirkət 8000 manatadək cərimələnəcək
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub
- DYP-nin “Ekologiya postu" sökülür
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib