Xadimə tanışı ilə evi qarət etdi - Sumqayıtda


22:03     31 İyul 2018 2018/07/ogru-(1)_1533040866.jpg

Sumqayıtda xadimə işlədiyi evi qarət edib.


Daxili İşlər Nazirliyinin mətbua xidmətindən Femida.az-a verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvarından aprelinədək 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyənləşib. T. Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf edib.

Femida.az

Açar sözlər:

Oxunub: 428