Erməni siyasətçidən etiraf - “Qarabağı işğal etmişik, Azərbaycana qaytarılmalıdır”
01:55 01 Avqust 2018
“Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan bu gün jurnalistlərlə görüşündə Qarabağı Azərbaycanın işğal edilmiş ərazisi adlandırıb.
Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, münaqişənin həlli üçün işğal etdikləri torpaqları Azərbaycana qaytarmalı olduqlarını bildirib:
“Biz Qarabağ müharibəsi zamanı ələ keçirilmiş bu torpaqları “azad edilmiş” adlandırırıq. Amma bu auditoriyada oturan hər kəs yaxşı bilir ki, bu ərazilər işğal olunub”.
Jurnalistlərdən birinin “bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sözlərinə Tadevosyan “Bu torpaqlar ermənilərindir?” sualı ilə cavab verib.
Erməni siyasətçi Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini vurğulayıb:
“Heç kim məndən inciməsin. Ancaq bu məsələləri mən həll etmirəm. Bu məsələ hər zaman həmsədrlərin qarşısında qoyulub və danışıqlar masasında müzakirə edilib. Əgər münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, əlbəttə bu addımı atmalıyıq. Bütün ölkələr məsələnin həlli yolunu bunda görürsə, razılaşmalıyıq...”.
Jurnalistlərdən birinin erməni tərəfin bu əraziləri işğal edilmiş yox, azad olunmuş hesab etdiyini deməsinə isə Zoya Tadevosyan “Bu, Ermənistanın mövqeyidir. Beynəlxalq ictimaiyyət isə başqa cür düşünür - əraziləri işğal edilmiş adlandırır” sözləri ilə reaksiya verib.
“Qarabağ xalqı”nın fikirlərini soruşmusunuz?” sualına siyasətçi “Mən heç kimdən heç nə soruşmuram, faktı təsdiq edirəm” cavabını verib.
Oxunub: 542
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib