Erməni hərbçi qəzaya düşdü


20:05     01 Avqust 2018 18_08_01_1533125174.jpg

Ermənistanda baş verən ağır yol qəzasında daha bir hərbçi yaralanıb.


Femida.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Sünik rayonu, İrəvan-Mehri şosesinin 224-cü kilometrliyində “Opel Astra” markalı avtomobil yolun hərəkət zolağından kənara çıxaraq bir neçə dəfə çevrilib və açıq sahəyə düşüb.
Qəza nəticəsində ciddi bədən xəsarətləri alan sürücü - 28 yaşlı X.Andranik Gorusdakı tibb mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunub ki, X.Andranik Ermənistan ordusunun “N” saylı məntəqəsinin hərbi qulluqçusudur.

Açar sözlər:

Oxunub: 388