Bakıda fransız filmləri ilə bağlı yeni layihə


00:32     02 Avqust 2018 2018/08/5ABF63B4-B3E6-4A13-A82E-D128158D74D6_1533140877.jpeg

Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu və Landmark Hotel Baku ölkənin parlaq sənətkarları ilə birlikdə yeni layihəyə başlayır.

Səfirlikdən Femida.az-a verilən məlumata görə, sənət adamları, otelin səmaya açıq terrasında sevimli fransız filmlərini nümayiş etdirərək öz təəssüratlarını bölüşəcəklər.

Lahiyənin birinci qonağı teatrda, kinoda və televiziyada bir sıra maraqlı və mürəkkəb rolları yaradan, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyevdir. O, bizə M.Xanekenin "Məhəbbət" ("Qızıl Palma Budağı", 2012) filmini qöstərəcək.

Giriş sərbəstdir. Film fransızca ingilis altyazıları ilə nümayiş olunacaq.

Layihə avqustun 3-də, saat 19.30-da baş tutacaq.

Ünvan: Nizami küç.,90A, Rotunda Hall Landmark
Telefon: +994 12 4652000 / +994 12 4652000

Femida.az

Açar sözlər:

Oxunub: 466