Sərxoş oğul atasını döydü


15:03     02 Avqust 2018 ucarliyiq.biz_bakda-18-yal-olan-dmir-parcas-il-doyuldu_1.jpeg

Gədəbəy rayon sakini oğlu tərəfindən döyülüb.


Femida.az-ın verdiyi məlumata görə, rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

A.Məmmədhəsənov oğlu tərəfindən döyüldüyünü deyib. Onun oğlu Yaşar Məmmədhəsənov polis tərəfindən saxlanılıb. Sərxoş olan gənc atasını döyməyi xatırlamadığını deyib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: #Sərxoş   #oğul   #Gədəbəy  

Oxunub: 875