Balakəndə evdən 15 minlik qızıl oğurlanıb


16:17     04 Avqust 2018 ogru%20n.jpg

Balakən rayonu ərazisindəki evlərin birindən qızıl əşyaları oğurlanıb.

Femida.az DİN-ə istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Bürcalıyev saxlanılıb. Onun daha 2 evdən ümumilikdə 800 manat və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 341