Avropada yeni miqrant böhranı başlanıb


21:08     04 Avqust 2018 18_08_04_1533377328.jpg

Afrika ölkələrindən olan miqrantlar İspaniyaya axışırlar. Bu günlərdə üfürmə rezin qayıqda olan onlarla miqrant İspaniyanın Kosta del Bravo və Tarif şəhərində sahilə çıxıblar.


Femida.az European-a istinadən bildirir ki, Alhesiras liman şəhərinin yaxınlığında miqrantlar nudistlərin çimərliyinə yan alıblar.

Sahilə çıxanda hərəsi bir tərəfə qaçan miqrantlar bu minvalla İspaniyanın Sahil Mühafizəsinin zabitlərindən qurtulmağa çalışıblar.

Son həftədə İspaniyaya ən azı 1600 miqrant keçib. Onlar Mərakeşdə qayıqlara oturur, Cəbbəültariqi keçərək ispan sahillərinə çıxırlar.

İspaniyanın hakimiyyət dairələri yeni miqrant böhranının başlandığıın deyərək Avropa Birliyinin rəhbərliyini fəaliyyətsizlikdə suçlayıb.

Rəsmi Madrid AB-dən yardım istəyir.

Avropa Komissiyasının nümayəndəsi Nataşa Bertonun dediyinə görə, Brüssel problemi araşdırmağa başlayıb.

Avropa Komissiyasının miqrasiya məsələləri üzrə təmsilçisi Dimitras Avramopulos isə İspaniyanın DİN başçısı Frenano Qrande-Marlaska ilə danışıqlar aparıb və bəyan edib ki, Avropa Komissiyası İspaniyanı tam dəstəkləyir.

İlin əvvəlindən bəri İspaniyaya 24 miqrant keçib.

Açar sözlər:

Oxunub: 568