Taxıl sahəsinə vurulan od yaşıllığı məhv etdi


23:35     04 Avqust 2018 2018/08/mese-yangin_1533290849.jpg

Dəfələrlə vətəndaşlara biçindən sonra sahənin yandırılmaması barədə xəbərdarlıq olunsa da, hətta cəza tədbirləri sərtləşdirilsə də, yenə belə faktlara rast gəlinir.



Goran-Naftalan yolunun ətrafında bir neçə sahənin alovlanması zamanı ərazidə olan yaşıllıq zolaqlarına xeyli ziyan dəyib. Yəni taxıl sahəsində başlayan yanğın ərazidə olan digər yaşıllıq zolağını məhv edib.

Taxıl yığımı yekunlaşdıqdan sonra bəzi fermerlər növbəti əkini rahat aparmaq üçün biçilmiş sahələrə od vururlar. Quru halda olan arpa, buğda sahələri tez bir zamanda alovlanaraq ətrafa yayılır. Lakin belə hal həm torpağa ziyan vurur, həm də məhsuldarlığı azaldır. Qeyd edək ki, yandırılan taxıl sahəsinin bir neçə fermerə məxsus oldugu bildirirlir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov deyir ki, belə halların qarşısını almaq üçün mütəmadi olaraq nazirlik tərəfindən bölgələrdə maarifləndirici seminarlar təşkil edilir. Bu kimi halların qarşısını almaq üçün hətta cərimələr də sərtləşdirilib.

Mütəxəssislər arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayaraq mulça şəklində sahəyə səpilməsini və ya biçindən dərhal sonra samanı sahədən daşıyaraq çıxarmasını tövsiyə edir.

Femida.az

Açar sözlər:

Oxunub: 511