Pentaqon sualtı dronların hazırlanmasına 800 milyon dollar ayırdı


22:03     06 Avqust 2018 The_Pentagon_US_Department_of_Defense_building.jpg

ABŞ-ın Müdafiə Nazirliyi pilotsuz sualtı dronların hazırlanması məqsədilə 800 milyon dollar dəyərində müqavilələr imzalayıb.

Femida.az xəbər verir ki, sualtı aparatların hazırlanması üçün nəzərdə tutulan vəsait 23 müxtəlif şirkətə təqdim olunacaq.

Müqavilə çərçivəsində həmin şirkətlər dronların hazırlanması və texniki baxışı, avadanlıqların alınması və xidmətlərin göstərilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, oktyabrın 1-i başlayacaq 2019-cu maliyyə ili üçün Pentaqon ABŞ hökumətindən pilotsuz sistemlərin inkişafı üçün 9,6 milyard dollar əldə olunması üçün müraciət edib. Bu rəqəm ötənilki göstəricidən 28 faiz çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 313