Əhaliyə pulsuz hüquqi yardım göstərildi


15:40     07 Avqust 2018 2018/08/IMG_9646(1)_1533627716.jpg

“Sosial hüquqların araşdırılması” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində 6 avqust 2018-ci il tarixdə əhaliyə ödənişsiz hüquqi yardım xidmətləri göstərilmişdir.


Femida.az-a daxil olan məlumata görə,həyata keçirilən layihənin əsas məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.

“Ödənişsiz hüquqi yardım” günündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Mayis Əliyev və Aqşin Atalızadə tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılmış və onlar aidiyyəti hüquqi məsləhət aldıqdan sonra müvafiq orqanlara yönəldirilmişdir.

Əhalinin müraciətləri əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və s. ilə bağlı olmuşdur.

Müraciətlərə müvafiq olaraq 7 iddia ərizəsi yazılmış, müxtəlif orqanlara 9 sorğu ünvanlandırılmış, 51 nəfərə şifahi olaraq hüquqi məsləhətlər verilmişdir.

Femida.az

Açar sözlər: #vəkil   #hüquqi_yardım  

Oxunub: 1381