Bakıda 36 yaşlı usta altı yaşlı qızı zorladı


22:59     07 Avqust 2018 18_08_07_1533652044.jpg

Bakıda pedofil həbs edilib.

Femida.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından “Sputnik Azərbaycan” saytına mlumat verilib.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb.

Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, altı yaşlı qızı zorlamaqda günahlandırılır.

Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb. O, azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1208