Bakıda ağır qəza - Ölənlər var


18:56     09 Avqust 2018 qeza_yeni%20altinda%20qalib.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


DİN-dən Femida.az-a verilən xəbərə görə, hadisə avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakinləri Kamran Muradov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 220