Nazir Ucara gedir


18:59     09 Avqust 2018 oqtay8.jpg

Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, qəbul avqustun 10-da saat 11:00-da Ucar Mərkəzi Rayon Xəstəxanasında keçiriləcək.

Qəbulda Ucar, Göyçay, Kürdəmir və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.

Görüşdə səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 215