Zəvvarlar bu gün yola düşür

Zəvvarlar bu gün yola düşür


15:40     11 Avqust 2018 hecc%20ziyareti5.jpg

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bun gün təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşür.


Bu barədə Femida.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Zəvvarlar mərhələli şəkildə avqustun 11-dən 15-ə qədər yola salınacaqlar, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Açar sözlər:

Oxunub: 12