"Dağlıq Qarabağla bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk" - Hafiz Paşayev
15:51 11 Avqust 2018
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir.
Femida.az Trendə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanda səfərdə olan Tacikistan Prezidenti Emoməli Rahmonun işitirakı ilə universitetdə keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərmivəsində çıxışı zamanı deyib.
Rektor bildirib: “Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndiririk”.
H.Paşayev qeyd edib ki, Tacikistan və Azərbaycan inkişaf edən biznes münasibətləri və humanitar əlaqələri olan dost ölkələrdir. O əlavə edib ki, bu məsələdə ADA Universiteti də öz böyük töhfəsini verib:
Rektor vurğulayıb: “ADA və Tacikistan XİN arasında əməkdaşlıq barədə memorandum imzalanıb və artıq Tacikistandan ilk tələbə universitetdən təqaüd alıb. Ümid edirik ki, dünən imzalanan sənədlər nəqliyyat və iqtisadiyyat sahələrində yeni layihələrin icraısna gətirib çıxaracaq”.
Oxunub: 325
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı