Əhalinin ərzaq və geyim xərcləri artıb

Əhalinin ərzaq və geyim xərcləri artıb


16:10     11 Avqust 2018 erzaq0.jpg

Bu ilin yeddi ayında pərakəndə ticarət şəbəkələrində əhaliyə 10 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə 1,9 faiz üstələyib.

Hesabat dövründə əhalinin qeyri-ərzaq məhsulları üzrə xərcləri isə 10,1 milyard manat olub. Bu kateqoriyada xərclər ötən ilin eyni ayları ilə müqayisədə 3,2 faiz artıb.

Ümumilikdə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının payına düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 16