Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür


16:30     12 Avqust 2018 18_08_12_1534061265.jpg

2006-cı ilin 12 avqust tarixində Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.


Femida.az xəbər verir ki, “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb.

Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.

Qeyd edək ki, bu gün Qazaxıstanın Aktau şəhərində işə başlayacaq Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı Xəzər Gününə təsadüf edib. Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair müzakirələrin də aparılacağı nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 198