Xəzərin hüquqi statusu növbəti dəfə müzakirə ediləcək - BAKIDA


15:38     14 Avqust 2018 2018/08/xezer_1534237176.jpeg

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.


Femida.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.

Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Açar sözlər: Xəzər   status  

Oxunub: 444