Balakəndə itkin düşən şəxsin axtarışları aparılır
18:49 14 Avqust 2018
Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.
Femida.az bildirir ki, FHN-dən Trend-ə verilən məlumata görə, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.
Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və ora yaxın ərazilərdə axtarışlar həyata keçirirlər.
Femida.az
Oxunub: 279
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb