Türkiyə prezidentinin mətbuat katibi: "İqtisadi vəziyyət düzəlməyə başlayıb"


01:37     16 Avqust 2018 2018/08/4BBCA4CC-D4C7-4E9E-A6EF-77311F4066B3_1534353079.png

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Türkiyədə iqtisadi vəziyyət dünəndən düzəlməyə başlayıb".

Onun sözlərinə görə, bu, aidiyyəti dövlət qurumlarının atdığı addımların nəticəsidir.

İ.Kalın deyib ki, Türkiyədə işsizlik səviyyəsinin 10%-dən aşağı salınmasına nail olunub və bu, ölkə iqtisadiyyatında müsbət dinamikanı göstərir.

"Hökumət milli iqtisadiyyatdakı son prosesləri Türkiyənin xeyrinə həll niyyətindədir və bu addımlar nəticələr verməyə başlayıb", - deyə İ.Kalın qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 251