Bakıda mağaza yanıb


13:27     16 Avqust 2018 magaza-A620x350.jpg

Bakıda yanğın qeydə alınıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 120 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 40 m² sahədə və içərisində olan 1 ədəd məişət avadanlığı yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 178