Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı


19:05     17 Avqust 2018 2018/08/cinayet-hebs-genc-696x522_1534489882.jpg

Avqustun 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 266