Şamaxıda şəhid ailələri üçün bina tikilir
22:23 18 Avqust 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan və son tamamlama işlərinin aparıldığı 4 mərtəbəli, 36 mənzilli yaşayış binası ilə tanış olub.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, binanın həyətində və mənzillərdə sakinlərin rahatlığı üçün yaradılan şərait, eləcə də əlilliyi olan insanların maneəsiz hərəkət imkanlarına malik olması, mənzillərdə kommunal təchizat sistemlərinin keyfiyyətlə quraşdırılması üçün görülən işlər nəzərdən keçirilib.
Bildirilib ki, yaşayış binasındakı mənzillər Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan növbəlillik siyahısı əsasında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin istifadəsinə veriləcək.
Həmçinin penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Qobustan rayonunda tikintisi başa çatmaqda olan 50 yerlik Sosial Adaptasiya Mərkəzində yaradılan şəraitə baxış olub. Mərkəzdə qeyd olunan şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara hüquqi, psixoloji və s. yardımların göstərilməsi, qanuni mənafelərinin qorunması üçün aidiyyəti dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılacaq.
Burada onların əmək bazarına çıxışının asanlaşdırılması üçün peşə hazırlıqlarının təşkili üçün də müvafiq tədbirlər həyata keçiriləcək.
Femida.az
Oxunub: 238
Oxşar xəbərlər
- Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb
- Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb
- Şamaxıda keçmiş məhkum daşla vurularaq öldürülüb
- Şamaxıda canavarlar mal-qaraya hücum ediblər
- Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
- Şamaxıda qəbiristanlıqdan 3 000 manatlıq oğurluq olub
- Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb
- Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb
- Şamaxıda qadını hədələyərək qızıllarını alan şəxs tutulub
- Şamaxıda satıcı sahibkarın 9 minini oğurladı - RƏSMİ