İran xarici vətəndaşların pasportlarına möhür vurmayacaq


19:34     19 Avqust 2018 iran-sfSpan.jpg

İran hökuməti xarici turistlərin pasportlarına ölkəyə giriş və çıxış zamanı möhür vurulmasını ləğv etmək niyyətindədir.

Bu tədbirlər ABŞ-ın İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır.

Bildirilir ki, İran hökuməti xarici turistləri bu tədbirlərin köməkliyi ilə "hər hansı bir əndişə"dən azad etmək niyyətindədir.

Bu təşəbbüs artıq İranın Xarici İşlər Nazirliyi, həmçinin Sənaye və Ticarət Nazirliyi tərəfindən bəyənilib.

Femida.az

Açar sözlər: İran  

Oxunub: 248